Həmkarlar ittifaqı fəalları üçün may ayın 31-də 3 günlük kurslar başa çatıb. Bu müddətdə həmkarlar ittifaqı fəalları əhalinin maliyyə təhlükəsizliyinin aktual problemlərinə, müvafiq strukturların bu istiqamətdə fəaliyyətinə dair məruzələri dinləyiblər. Kursda 23 nəfər iştirak edib.
Eyni zamanda həmkarlar ittifaqı təşkilatında maliyyə işinin təşkili ilə bağlı müvafiq məsləhət və tövsiyələri dinləmiş, elektron formada metodiki tövsiyələr almışdılar. Kurs iştirakçıları məşğələlərin peşəkar şəkildə təşkili, eləcə də bu cür kursların vaxtaşırı keçirilməsinə görə Akademiyaya və dəvət olunmuş dövlət qurumlarından mütəxəssislərə təşəkkürlərini bildiriblər.
Yekun söhbətdə kurs iştirakçılarına məlumat verildi ki, 2024-cü ilin sentyabr-dekabr aylarında yeni seçilmiş həmkarlar ittifaqı kadr və fəalları üçün hərtərəfli həmkarlar ittifaqı proqramı tədris olunacaq. Kursların mövzuları və tarixləri ilə tanış olmaq üçün müvafiq sahə Respublika Komitələri ilə əlaqə saxlamaq tövsiyə olunub.