Mayın 24-də sahə həmkarlar ittifaqı orqanlarından:Авиасийа, Azərbaycan Milli Elmlər Akademiyası Azad Hİ, Bələdiyyə, Elektroeneretika və Elektrotexnika, Fövqəladə Hallar Nazirliyi İşçilərinin Hİ Azərsu” Təsərrüfatı işçiləri Hİ “Kənd-Qida-İş “ Hİ Federasiyası Mədəniyyəti, Müdafiə Sənayesi Neft və Qaz Sənayesi sahibkarlıq, Özəl-Elm və Yüngül Sənaye və Baku Steel Company işçiləri Hİ Birliyi-15 nəfər texniki müfəttişləri üçün təşkil olunmuş 3 günlük kurs başa çatıb. Əməyin mühafizəsi, texniki təhlükəsizlik, ətraf mühitin mühafizəsi, icbari tibbi sığorta, inandırma ünsiyyət bu və digər məsələlər təlim proqramına daxil edilib. Təlimçilər hər bir mövzu fəal müzakirələr aparılırdı, o, təqdimatlarını etmişdilər. Kursun son günündə “Əməyin mühafizəsi, ətraf mühit və həmkarlar ittifaqları”mövzusunda yekun panel diskussiya keçirilib. Diskussiyanın keçirilməsi üçün Əliyev Murad-AR Əmək və Əhalinin Sosial Müdafi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyin Baş məsləhətçisi,Ataxan Bədəlov - AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin “Hüquqi təminat, insan resursları və sənədlərlə iş” şöbəsinin müdiri və Əli Mədətov – AHİK-in “Əməyin mühafizəsi” şöbəsinin müdir vəzifəsini icra edən dəvət olunmuşlar.
Müzakirə zamanı, xüsusən bu gün ətraf mühitin mühafizəsi necə həyata keçirilir, istehsalat tullantıları ilə necə mübarizə aparılır, qarşıdan gələn COP-29 konfransı, iş yerlərin və işçilərin attestasiyası , bədbəxt hadisələrin qarşısının alınması tədbirləri, peşə xəstəlikləri, xüsusi diqqət və qayğı ilə bağlı suallar cavablandırılıb. Dizkussiyada kollektiv müqavilənin bölməsinə qadınların əməyinin mühafizəsi ilə bağlı təkliflərin daxil edilməsi məsələsinə böyük yer verilmişdir. Dəvət olunmuş mütəxəssislər və təlimçilər səriştəli verilən sualın əsas aspektlərini ətraflı şəkildə izah etdilər, o cümlədən Məsməxanım Hacıyeva-“Senur” Psixoloji Mərkəzinin psixoloqu, AR Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin “Layihələrin əlaqələndirilməsi” şöbəsinin Beynəlxalq əlaqələr üzrə əməkdaşları Nuriyeva Elnarə və Ülkər Cavalova , AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyinin Təranə Vəliyeva və Murad Əliyev ,AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Amil Sefiyev –Nazirliyinin Aparatının “Ətraf mühitin və təbii sərvətlərin idarəedilməsi” şöbəsinin ekoloji planlaşdırma sektorunun müdiri, Sevda Xəlilova -AR Səhiyyə Nazirliyinin “V.Y.Axundov Profilaktika İnstitutu” publik hüquqi şəxsi, “Peşə xəstəlikləri ” şöbəsinin müdiri, Sevil Əliyeva- İcbari Tibbi sığorta Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi, Əli Mədətov AHİK-in “Əməyin mühafizəsi” şöbəsinin müdir vəzifəsini icra edən həmkarlar ittifaqı işçiləri tərəfinən minəttərlıgını bildiriblər.
Sonra ənənəyə uyğun olaraq hər bir dinləyicinin iştirakı ilə sertifikatlar təqdim olundu, onların dinlədikləri proqramı olan disk və gələcək əməkdaşlıq üçün kurs iştirakçılarının kontaktları olan siyahı verilib və axırda kurs iştirakçıları müəllimləri ilə birgə xatirə şəkli çəkdirilib.
Akademiya tərəfinən kurs iştirakçılarına-texniki müfəttişlər və peşəkarlıqla keçirilən təlimlərə görə dəvət olunmuş mütəxəssislərə böyük minnətdarlıqlarını bildirir və onlara bu fəaliyyətdə böyük uğurlar arzulayır.