Bu
il mayın 20-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq
Neft və Qaz Tikintisi Konfederasiyasının həmkarlar ittifaqı üzvləri
Konfederasiya Şurasının iclasında iştirak etmək üçün Bakiya gəliblər. Qonaqların
xahişi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tədris həmkarlar
ittifaqı mərkəzində - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında
“Azərbaycan
Respublikasınıb Əmək Məcəlləsi, reallıq, perspektiv və təcrübə"
mövzusunda “dəyirmi masa” təşkil olunub. Belarus və
Özbəkistan nümayəndələri Kloçok Svetlana Valentinovna, Rudenko Vasiliy
Vasilyeviç Jur İqor Mixayloviç İbrahimova Zarofat İsrailovna ,Rəşidova Xurşidə
Kamilovna Seydəliyev Raşidjon Turdaliyeviç və Neft və Qaz sənayesi HİRK -in
işçiləri :Cahangir Əliyev – sədr, Əsgərov Heydər -təşkilat şöbəsinin müdiri
, Hüseynzadə Şükufə -şöbənin müdir müavini, Babaxanova Xalidə -maliyyə şöbəsinin
müdiri iştirak etmişlər.
Müzakirə başlamazdan əvvəl Fərhad
Möhbalıyev həmkarlar ittifaqlarının təhsil müəssisəsinin fəaliyyəti, o cümlədən
həmkarlar ittifaqı işçiləri üçün kursların təşkili barədə qonaqlara məlumat
verdi.Sonra Akademiyanın “Humanitar fənlər” kafedrasının müdiri, Bakı Dövlət
Universitetinin dissertantı Qahrəmanova Nailə -AR Əmək Məcəlləsinin həm işçilərin, həm də həmkarlar
ittifaqı üzvlərinin əmək hüquqlarının müdafiəsi ilə bağlı mühüm məqamlarına
toxundu. Müzakirə zamanı qonaqlar bu sahədə öz təcrübələrini bölüşüblər. Sonda
qonaqlar onlara göstərdikləri qonaqpərvərliyə və səmərəli söhbətə görə minnətdarlıqlarını
bildiriblər və axırda kollektiv şəkil çəkdirildi.