Bu gün sahə həmkarlar ittifaqı orqanlarının sosial-iqtisadi şöbələrinin mütəxəsissləri üçün 3 günlük kurs başa çatıb. Sonuncu gün kurs iştirakçıları icbari tibbi sığorta problemi, işğaldan azad edilmiş ərazilərdə yeni iqtisadiyyatın və potensial imkanların qurulması, və əməkhaqqının tənzimlənməsində həmkarlar ittifaqlarının rolu ilə bağlı müzakirələrdə iştirak ediblər. Həmkarlar ittifaqı işçiləri seminarın səmərəli təşkili və yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan Həmkarlar İttifaqları Konderasiyasına, Akademiyanın rəhbərliyinə və dövlət qurumlarından dəvət olunmuş bütün mütəxəssislərə minnətdarlıqlarını bildiriblər. Aktiv panel müzakirəsindən sonra Arif İbrahimov-Azərbaycan Həmkarlar İttifaqı konfederasiyasının “Zəhmətkeşlərin əməyinin və sosial-iqitisadi mənafelərinin” şöbəsinin baş mütəxəssisi həmkarlar ittifaqı işçilərinə sertifikatları təqdim etdi və sonda kollektiv fotoşəkil şəkildi. Həmişəki kimi kurs iştirakçılarına proqramın mövzuları elektron versiyada təqdim olundu.