AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqı kadrlara sertifikatlar verilib


image small

Yeni seçilmiş həmkarlar ittifaqı komitələrin sədrlər üçün 5 günlük kurslar başa çatıb. Kursun proqramı elə qurulmuşdu ki, o, həm həmkarlar ittifaqı işi ilə bağlı, həm də bu gün cəmiyyətdə və bütün dünyada aktual olan məqamlara toxunurdu. Heç bir sual dəvət olunmuş peşəkar mütəxəssislər və müəllimlər tərəfindən cavabsız qalmadı.

          Təlimi keçirilməsi üçün  dövlət qurumlarından və psixologiya mərkəzindən dəvət olunmuş bütün mütəxəssislərə həmkarlar ittifaqı işçiləri ilə məşğələlərinin  keçirilməsinə belə məsuliyyətli və peşəkar münasibətə görə xüsusi təşəkkürümüzü bildirmək istəyirdik.O cümlədən, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları : Elşad Əliyev, Rauf Əliyev, Mehman Abdullayev, Elxan Çərkəzov, AR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Adil Eyvazov, AR  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və - “ Azin Telekom əməkdaşları : Aysel Hadıyeva, Bəxtiyar Quliyev və Heydər Şükürov, Azərbaycan Respublikası Təhsil İnstitutunun əməkdaşı -Könül Mikayılzadə,psixloq Şəfəq Qaribova, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı -  Şabanov Zeynəddin, Həmkarlar ittifaqı orqanlardan və təşkilatdan həmkarlar ittifaqı  məsul işçiləri və həmkarlar ittifaqı sədrləri: Cəmaləddin İsmayılov- “ Xidmət-iş “ Hİ Federasiyasının  vitse prezidenti, Abbasəli Rüstəmli -– “Tağiyev Operating Company” MMC və  lkin Nurullayev – “ Karasu” Operating Company.

          Hər bir kurs özünəməxsus şəkildə yaddaqalan olur və bu, daha çox kurs iştirakçıları ilə bağlıdır. Bu  dəfə qrupa çox peşəkar, bilikli olmaları, həmkarlar ittifaqı işçiləri üçün zəruri olan bacarıqlara malik olmaları ilə xüsusilə yadda qaldı, amma ən əsası onlar hamısı çox səmimi, mehriban idilər və 5 gün ərzində elə bir mənəvi aura yaratdılar ki, onların hamısını böyük, mehriban bir ailədə birləşdirdi. Kurs iştirakçılarının hər biri yenidən eyni tərkibdə kurslara gəlmək istədiklərini bildirdilər və bütün kurs iştirakçılara : Abdullayev İsmayıl, Aslanova Ulduzə, Musayeva Aytən , Nəsibov Fərid,Hüseynov Ələsgər ,Babayev Süleyman ,Kazımlı Ruslan, Rüstəmov Rövşən, Qurbanlı Günel , Aşurova Arzu,Rzayeva Əzizə, Əbdurəhmanlı İsmayıl, Rzayev Mehman, Məmmədov Həmid,Ələkbərov Elmin və Əliyev Kamilə çox təşəkkür edirəm və ən lazımlı və nəcib fəaliyyətində uğurlar arzulayıram.

          Kursları başa vurduqdan sonra onlara sertifikatlar və elektron formada həmkarlar ittifaqı işinin hər bir bölməsi üzrə materiallar təqdim olunub.

13.05.2024  [ 07:14 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.