27
may 2024-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Tələbə
Elmi Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci
ildönümünə həsr olunmuş “Azərbaycanda kiçik və orta biznesə dövlət dəstəyi,
onun inkişaf meyilləri” mövzusunda bakalavr və magistrantların Respublika
elmi-praktiki konfransı keçirilmişdir. Konfransı Akademiyanın “Tədris və elmi
işlər” üzrə prorektoru prof. Fərhad Möhbalıyev açmış, ulu öndər haqqında
videoçarx izlənilmişdir. Konfrans öz işini “İqtisadiyyat”, “Maliyyə və
mühasibat, “Humanitar və sosial elmlər”, “İKT və təbiət elmləri” bölmələrində
davam etdirmişdir. Konfransda ölkənin 8 ali təhsil müəssisəsindən 70 nəfər elmi
məruzə etmişlər. Konfransda iştirak edən Bakı Biznes Universiteti, Azərbaycan
Texniki Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Dövlət Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti, Xəzər
Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri
elmi məruzələr etdiklərinə görə sertifikatlarla təltif edilmişlər.