27 may 2024-cü il tarixdə “Sosial iş”
fakültəsinin təşkilatçılığı ilə “28 May - Müstəqillik günü” ilə bağlı tədbir keçirilmişdir. Azərbaycan
Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə dövlət müstəqilliyi və ərazi
bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının əziz ruhu bir dəqiqəlik
sükutla yad edilib. Tədbirdə Sosial iş fakültəsinin dekanı Sədaqət Məmmədova, “HİH
və Sosial fənlər” kafedrasının müdiri i.e.d., prof. Qənimət Səfərov çıxış edərək Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması, fəaliyyəti, mövcud olduğu 23 ay müddətində dövlət
quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərə nəzər salıblar. Qeyd olunub ki, AXC-nin yaradılması Azərbaycanın
dövlətçilik tarixinin mühüm səhifələrindən biridir. “HİH və sosial fənlər”
kafedrasının müəllimi f.ü.f.d., dos. Faiq Ələkbərov “Azərbaycan Xalq Cümhuriyyətinin
qurulması və inkişafının fəlsəfi əsasları” mövzusunda məruzə ilə çıxış edib.
Faiq Ələkbərov məruzəsində Azərbaycan Xalq Cümhuriyyətinin hansı şərtlərlə
yaranmasını tarixi – fəlsəfi yöndən geniş şəkildə izah etməklə yanaşı, çağdaş
dövrdə bununla bağlı mübahisəli məsələlərə aydınlıq gətirib. Azərbaycan Xalq
Cümhuriyyətinin (AXC) yaranmasının 106-cı il dönümünə həsr olunmuş tədbir çox maraqla qarşılanıb.