“Maliyyə-İqtisad”
fakültəsinin təşkilatçılığı ilə Müstəqillik gününə həsr olunmüş “Bir qazinin zəfər
yolu” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə iştirak edən “Tədris
və Elmi işlər” üzrə prorektor prof. Fərhad Möhbalıyev, fakültənın dekanı dos. Nurəngiz Mikayılova çətinlıklə əldə
edilən və qorunub saxlanılan müstəqillikdən danışmış, şəhid və qaziləri müstəqillik
yolunda iştirakını xüsusi qeyd etmişdilər. Daha sonra Akademiyanın “Mühasibat”
ixtisasının 238-ci qrup tələbəsi, Vətən müharibəsi qazisi Samir Bayramov öz
döyüş yolundan danışmış, real döyuş səhnələrindən ibarət vodeo-çarx nümayiş
etdirmişdir.
Tədbir
tələbələr tərəfindən maraqla qarşılanmışdır.