01.05.2024-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın iştirakçısı, “Ege Universitesi” doktorantı Şükür Ruslan Telman Akademiyanın professor-müəllim və tələbə heyətinə “Təchizat zəncirlərinin güvənirlilik əsaslı optimizasiyası" mövzusunda onlayn seminar keçirilmişdir.
Seminarda nəqliyyat infrastrukturlarında logistikanın tətbiq edilmə xüsusiyyətləri və formalaşması, logistikada xərclər, onların qruplaşdırılması və səmərəli istifadə metodlarından bəhs edilmişdir.