AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Xaricdə yaşam və təhsil” adlı seminar keçirildi


image small

15.05.2024-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Tələbə Həmkarlar İttifaqı

Komitəsinin (THİK) təşkilatçılığı ilə (ideya müəlifi 511 saylı qrup tələbəsi Məstəlizadə Murad) “Xaricdə yaşam və təhsil” adlı seminar keçirildi. Təlimçilər qismində:

1. Abbasov Kənan - Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bakalavr, İzmir Dokuz Eylül Universitetinin magistr məzunu, AƏSMA-nın HİH və sosial fənlər kafedrasının müəllimi, "Bir gül yetər” kitabının müəllifi;

2. Abbaszadə Nicat - Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin bakalavr məzunu və hazırda ABŞ-da Northen Virginia Community College tələbəsi;

3. Əjdərli Nicat - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bakalavr, Manisa Cəlal Bayar Universitetinin magistr məzunu, Balıkesir Bandırma Onyedi Eylül Universitetinin doktorantı, AƏSMA-nın İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi çıxış ediblər.

Seminar təlimçilər və tələbələrin qarşılıqlı diskussiya formasında baş tutmuş və maraqla qarşılanmışdır.

15.05.2024  [ 08:56 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.