AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Parlaq zəka” adlı universitetlərarası intellektual yarış keçirildi.


image small

14.05.2024-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında TEC sədri Aygün Bağırzadənin, TGT və THİK-in təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Parlaq zəka” adlı universitetlərarası intellektual yarış keçirilmişdir. Yarışda Azərbaycan Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının bilikli tələbələri iştirak etmiş, AU I yerə, MAA II yerə, AƏSMA III yerə layiq görülmüşdür. Qalib olan komandalar hədiyyə, diplom və sertifikatlarla təltif edilmişlər.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin istedadlı tələbələri müxtəlif nəğmələr ifa etdilər.

15.05.2024  [ 06:01 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.