7 may 2024-cü ildə Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyası Karamanoğlu Mehmetbey Universiteti, Özbəkistan
Dövlət Universiteti, Özbəkistan İqtisadiyyat və Pedaqoji Universiteti və Belarus Dövlət Universiteti
ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Yaşıl dünya: sosial-iqtisadi transformasiya”
mövzusunda hibrid formatda Beynəlxalq elmi konfrans keçirilmişdir. Azərbaycan
Respublikasının dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu öndərin əziz xatirəsini
bir dəqiqəlik sükutla yad etmişlər. Ümummili liderin həyat və ictimai-siyasi faəliyyətini
əks etdirən videoçarx nümayiş etdirilmişdir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor
Hüseyn Qaraşov tədbiri açıq elan edərək yaşıl iqtisadiyyatın insanların torpaq
ehtiyatlarından məsuliyyətlə, səmərəli istifadəsini və ətraf mühitin çirklənməsinin
qarşısını almağa yönəlmiş yeni inkişaf modeli olduğunu, eyni zamanda da Dünya əhalisinin
rifahının yüksəldilməsi və təbii sərvətlərdən səmərəli istifadə ilə gələcək nəslə
ötürülməsi arasında ən kompramis variantın seçilməsinə hədəfləndiyi haqqında ətraflı
məlumat vermişdir. Plenar iclasda isə Kahramanoğlu Mehmetbey Universitetinin
rektoru, professor Dk.Mehmet Gavgalı, Özbəkistan Elmlər Akademiyasının Regional
bölməsinin Vitse prezidenti, professor İkrom Abdullayev maraqlı məruzələrlə çıxış etmişlər.
Ümumilikdə konfransa 7
dövləti təmsil edən 26 təşkilatdan 75 iştirakçının qatılmışdır.
Sonra konfrans ayrı-ayrı panellərdə davam etdirilmişdir.
Konfransın sonunda xatirə şəkilləri çəkilmiş, iştirakçılara sertifikatlar təqdim
olunmuşdur.