2024-cü ilin “Yaşıl dünya
naminə həmrəylik ili” elan edilməsi bağlı “Tədbirlər Planı”nın icrası ilə əlaqədar
olaraq “Riyaziyyat və informasiya texnologiyaları” kafedrasının 2024-cü ildə
keçirəcəyi tədbirlər sırasında nəzərdə tutulan - “Sağlam iş mühitinin təmin
edilməsi”
mövzusunda 17.04.2024-cü il tarixində “Dəyirmi
masa” ətrafında müzakirələr - keçirilmişdir.
İclasda ilkin olaraq Şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi, sonra “Riyaziyyat və
informasiya texnlogiyası” kafedrasının müdiri, dos.Niyar Əvəz qızı Umarova tədbir barəsində iştirakçılara məlumat verdi və sözü
kafedranın müəllimi dos. Məmmədov Sirac Şami
oğluna verdi. Sirac müəllim “Sağlam iş mühitinin təmin edilməsi” mövzusunu hazırladığı
videoçarx vasitəsilə ətrafli şəkildə izah etdi. Tədbirdə kafedranın müəllimi Yunis
İbrahim oğlu Ələkbərov
“Həyat tərzi və sağlamlıq” adlı
mövzusu üzrə geniş şəkildə məlumat verdi. Y.İ.Ələkbərovun çıxışından sonra Maliyyə-İqtisad
fakultəsinini dekanı dos. Nurəngiz
Mikaylova keçirilən tədbir haqqında öz müsbət
fikirlərini bildirərək qeyd etdi ki, hazırki ekoloji böhranı nəzərə alaraq bu yönümlü tədbirlərin sayını artırmaq lazımdır.