26.02.2024-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Maliyyə-İqtisad” fakültəsinin və Akademiya TGT-nin təşkilatçılığı ilə “Vətənin Qarabağ boyda Xocalı dərdi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbiri “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. N.Y.Mikayılova açaraq, Xocalı faciəsindən danışmış, daha sonra tarix üzrə fəlsəfə doktoru X. Abbasova tarixi faktlarla Xocalı qətliamına səbəb olan faktları və faciənin ağır nəticələrini barədə tələbələrə məlumat vermişdir. TGT- nin sədri Ömər Sərxanlı, 603 saylı qrup tələbəsi Aysel Həsənova, 341 saylı qrup tələbəsi Nuranə Kazımova, 603 saylı qrup tələbəsi Ariz Məmmədov, 136 saylı qrup tələbəsi Gülüzar Yaqubova təqdimatlarla çıxış etmişdir. Sonda müzakurələr aparılmış, əslən Ağdamdan olan Akademiyanın əməkdaşı Abdulla Məhəmmədli valideyn və qohumlarının gözləri ilə gördükləri acı xatirələri tələbələrlə bölüşmüşdür.