Azərbaycan
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) tərəfindən
ali təhsil müəssəsələri tələbələri arasında “Nə? Harada? Nə zaman?”
intellektual yarış keçirilib.
Yarışda
müxtəlif universitetlərdən ümumilikdə 22 komanda iştirak edib. Azərbaycan Əmək
və Sosial Münasibətlər Akademiyasını yarışda Tələbə Həmkarlar İttifaqı Komitəsinin
(THİK) üzvləri təmsil edib.
Yarışda
iştirak edən komandaların yekun göstəricilərinə əsasən, ən yaxşı nəticəyə malik
olan komandalar mükafatlandırılıb.