21 Dekabr 2023-cü il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində Regional İnkişaf-Rəqəmsal İqtisadiyyat II Beynəlxalq Konfransı keçirilmişdir. Konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Maliyyə-İqtisad fakültəsinin müəllimi Əjdərli Nicatın rəhbərliyi ilə tələbələrimiz iştirak ediblər. Konfrans iki mərhələli olmuşdur. Açılış mərasimini Ədalət Muradov, Mehmet Tümay, Hasan Yavuz etmişdir. Konfransın spikerləri Prof .Dr. Yadulla Həsənli, Prof. Dr. Ismail Kocayusufoglu, Assoc. Prof. Dr. Ornela Ramasauskaite, Assoc. Prof. Dr. Ewelina Idziak, Assoc. Prof. Dr. György Ágoston olmuşlar. Tələbələr sonda sertifikatla təltif olunublar.