19 dekabr 2023-cü il tarixdə Maliyyə-iqtisad fakültəsinin “Maliyyə və mühasibat uçotu” kafedrasının təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Xarici ölkələrin maliyyə sistemləri” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda 339 saylı qrupun tələbələri öz məruzələri ilə çıxış etmişdilər. İnkişaf etmiş ölkələrin büdcə gəlirlərinin formalaşmasında vergilərin rolu, büdcədənkənar fondlar, bank sistemlərinin quruluşu və sair suallar ətrafında müzakirələr aparılmışdır.