20
dekabr 2023-cü il tarixində İqtisadi Əməkdaşlıq Təşkilatı Təhsil İnstitutu tərəfindən
“İƏT Regionunun Universitetlərinin Yüksək Səviyyəli Nümayəndələrinin 2-ci
Forumu” keçirilmişdir.
Yüksək
Səviyyəli Universitet Nümayəndələrinin Forumu ali təhsil üzrə regional əməkdaşlıqla
bağlı imkanları və problemləri müzakirə etmək üçün yüksək səviyyəli platforma
yaratmaq məqsədi daşıyır. Forumda beynəlxalq tələbələrin yeni mühitə
uyğunlaşması ilə bağlı qarşılaşdıqları gündəlik çətinliklərə diqqət yetirmək,
regionda ali təhsilin beynəlmiləlləşməsini dəstəkləmək üçün problemlərin müəyyən
edilməsi və müvafiq, faydalı və davamlı metodların işlənib hazırlanması məsələləri
yer almışdır.
Virtual
qaydada həyata keçirilən Forumda dünyanın bir çox universitetlərinin əməkdaşları
ilə yanaşı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşları
“İnnovasiya və karyera” şöbəsinin müdiri Hikmət Mirzəyev, “İqtisadiyyat və idarəetmə”
kafedrasının dosenti Hüseyn Bağırsoylu iştirak etmişlər.