Tələbəmiz “Heydər Əliyev adına təqaüdə” layiq görülüb

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial iş” fakültəsinin II tədris ilində təhsil alan tələbəsi Sahib Əhmədov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında “Heydər Əliyev adına təqaüdə” layiq görülüb.

Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” Azərbaycan Respublikasında 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli Sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün  təsis edilib.

“Heydər Əliyev adına təqaüd” tələbəmizə Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov tərəfindən təqdim edilib.

         Tələbimizi təbrik edir və uğurların davamlı olmasını arzu edirik