“İnnovasiya və karyera” şöbəsinin təşkilatçılığı ilə “Xaricdə
magistratura və doktorantura təhsili imkanları” mövsusunda seminar təşkil
olunmuşdur. Tədris və keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvin Məmmədova
“Magistratura və doktorantura üzrə Dövlət Proqramları” barədə çıxış edərək,
dövlət başçısının gənclərin xarici ölkələrin
nüfuzlu ali təhsil müəssisələrində təhsil almaları üçün yaratdığı imkanlardan bəhs
etmişdir. Eyni zamanda P.Məmmədova Azərbaycan Respublikasında ali təhsil
sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üçün Dövlət Proqramlarının əhəmiyyətindən
və yaratdığı imkanları ön plana çəkildiyindən bəhs etmişdir.
Ege Universiteti Türk Dünyası Araşdırmalar
İnstitutunun Sosial-iqtisadi və siyasi əlaqələr şöbəsinin müəllimi dosent
Mehmet Fatih Sansar isə “Türkiyədə təhsil fürsətləri” mövzusunda çıxış etmiş, tələbələrə
təqaüd proqramları və ya öz imkanları ilə Türkiyədə təhsilalma yollarından bəhs
etmişdir. Bununla yanaşı o, çalışdığı İnstitutun magistratura təhsili haqqında
da marifləndirmə aparmışdır.