12 dekabr 2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Maliyyə-İqtisad fakültəsinin Maliyyə və Mühasibat uçotu kafedrasının təşkilatçılığı ilə Azerbaijan 1C Academy’nin direktoru Aşirova Nərmin tərəfindən “1C: Uçotu asan edən həllər” mövzusunda seminar keçirilmişdir. Seminarda Maliyyə-İqtisad fakültəsinin müəllim və tələbə heyəti iştirak etmiş, tələbələri maraqlandıran suallar cavablandırılmış, 1C proqramının üstünlükləri və tətbiq sahələri barədə geniş məlumat verilmişdir.