Cari il
dekabrın 4-dən 6-dək yeni seçilmiş həmkarlar ittifaqı işçiləri üçün “Həmkarlar
ittifaqı təşkilatının təşkilati işinin nəzəriyyəsi və təcrübəsi ” mövzu ilə bağlı kurslar keçirilmişdir.
Kurslarda 31 nəfər
iştirak etmişdir. Kursun mövzusundan asılı olaraq proqrama aşağıdakı mövzular
daxil edilmişdir:
“AR Əmək Məcəlləsi
: izahlar və şərhlər”, “İlk həmkarlar ittifaqı təşkilatında təşkilati iş. (Həmkarlar ittifaqı təşkilatçısının
(orqanayzinqin) rolu. İlk həmkarlar ittifaqı təşkilatlarında müasir kargüzarlıq
sistemi və sənədlərlə işin təşkilində tətbiq olunan prosedurlar. Həmkarlar ittifaqı təşkilatının işinin
planlaşdırılması. Seçilmiş həmkarlar ittifaqı orqanlarının üzvləri ilə işin təşkili)”, “Həmkarlar
ittifaqları fəaliyyətinin normativ-hüquqi bazası (Azərbaycan Respublikası Konstitusiyası, Beynəlxalq
Standartları əmək sahəsində, AR Əmək Məcəlləsi, AR "Həmkarlar ittifaqları
haqqında" Qanunu)”.
Gələn il seçki
kampaniyasının keçiriləcəyini nəzərə alaraq, bu mövzuya «Hesabat-seçki
kampaniyasının hazırlanması və keçirilməsində həmkarlar ittifaqı təşkilatının
işinin əsas istiqamətləri» xüsusi diqqət yetirildi . Burada onun təşkili
və keçirilməsinin əsas mərhələləri üzərində ətraflı izahat verildi .
Bu mövzular da
kurs proqramına daxil edilmişdi: “Kollektiv
müqavilə hüquqi akt kimi. Sosial tərəfdaşlığın qanunvericilik əsasları” , “İlk həmkarlar ittifaqı təşkilatında maliyyə
işinin xüsusiyyətləri”. “Nəzarət-təftiş komissiyanın işinin əsas istiqamətləri”,
“Həmkarlar ittifaqı rəhbərlərinin xidməti
üçün yeni internet texnologiyaları”. “Həmkarlar ittifaqı komitəsində texnikası
fərdi iş texnikası”, “İşgüzar ünsiyyət
psixologiyası”, “Ünsiyyət bacarıqlarının inkişafı”.
Kursların sonunda aşağıdakı
mövzular üzrə yekun panel diskussiya keçirdik: “Həmkarlar ittifaqı
üzvlüyünün motivasiyası və ilk yeni həmkarlar
ittifaqı təşkilatlarının yaradılması” və “Həmkarlar ittifaqı təşkilatın
imicinin dəyişdirilməsi realıq və perspektivlər .”
Dövlət qurumlarının mütəxəssisləri,
Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası, və Sahə Həmkarlar İttifaqı
Respublika Komitələrinin həmkarlar ittifaqı işçiləri və həmkarlar ittifaqı
komitələrinin təcrübəli sədrləri, həmçinin:
Fəridə Hacıyeva
-- AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək siyasəti” şöbəsinin baş məsləhətçisi , Rəşad Əliyev –İT ekspert, Ruslan Bağırov- AHİK-in hüquq şöbəsinin müdir
müavini , Mirzə Cəfərzadə Təhsil iş. HİRK sədr müavini,
Hökümə Əkbərova-
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının baş mühasibi, Abbasəli Rüstəmli -
“Taghiyev Operating Company” MMC HİK-in
sədri.