5 dekabr 2023-cü il tarixdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” mövzusunda forum təşkil olunub. KOBİA, Dövlət Məşğulluq Agentliyi və digər müvafiq dövlət qurumlarının, özəl sektor təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların məşğulluq imkanlarının artırılması məqsədilə həyata keçirilən layihələr, o cümlədən “Əlilliyi olan sahibkarların idarəetmə bacarıqlarının artırılması” layihəsi barədə məlumat verilib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Forumda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Sosial iş” fakültəsinin dekanı Sədaqət Məmmədova, “Humanitar fənlər” kafedrasının müdiri Nailə Qəhrəmanova, “Humanitar fənlər” kafedrasının müəllimi Araz Paşayev, “HİH və sosial fənlər” kafedrasının müəllimləri sos.f.d. Abbasi Saedabad M.H., Günay Ağayeva və Sosial iş fakültəsinin fəal tələbələri iştirak etmişdilər.
Forum çərçivəsində layihədən yararlanmış sahibkarlara sertifikatlar təqdim olunub.