Akademiyanın
Sosial iş fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyasında (AƏSMA) təhsil alan əcnəbi tələbələr üçün İnteqrasiya
Proqramı haqqında məlumatlandırma sessiyası keçirilib.
Sessiya
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanla yerdəyişmə üzrə
tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) və Dövlət
Miqrasiya Xidməti ilə birgə Azərbaycanda yaşayan miqrantlar və qaçqınlar üçün
İnteqrasiya Proqramı çərçivəsində reallaşdırılıb.
Görüşdə
MSİBM layihə koordinatoru Lamiyə Rzayeva-Əhmədli, eksperti Eşqin Tanrıverdi,
milli inteqrasiya məsləhətçisi Emin Mehdizadə və Gülnarə Pənahova və MSİBM-in
təcrübəçiləri Dinar Musayeva və Safiya Mamoyeva iştirak ediblər. İştirakçılar
layihə çərçivəsində MSİBM-in fəaliyyət istiqamətləri, əcnəbi tələbələrin
yararlana biləcəyi, həmçinin inteqrasiya proqramı xidmətlərindən və xidmətləri
dəstəkləyən dövlət və qeyri-dövlət qurumlarından bəhs ediblər.
Məlumatlandırma
sessiyasında Miqrasiya Siyasətinin İnkişafı Mərkəzinin İnteqrasiya Proqramı
çərçivəsində, əməkdaşlığa dəstək verən Azərbaycan Respublikası Mərkəzi Bankı
Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Vüsal Həsənov da iştirak edib. O,
maliyyə savadlılığının əsasları ilə yanaşı, miqrant tələbələr üçün Azərbaycanda
bank məhsullarına çıxış və istifadənin yolları haqqında ətraflı məlumat verib.
Görüşdə
HİH və sosial fənlər kafedrasının müdiri prof. Qənimət Səfərov, İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət
Mirzəyev, Əcnəbi
tələbələrlə iş şöbəsinin əməkdaşı Aysel Zakirli və Akademiyanın əcnəbi
tələbələri ilə fikir mübadiləsi aparılıb, sonda xatirə şəkli çəkilib.