logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

10 günlük kurslar başa çatdı


image small

01.12.2023-cü il tarixdə həmkarlar ittifaqı təhsil sistemi üçün təlimatçıların hazırlanması üzrə 10 günlük kurs başa çatıb. Kurslarda ali təhsil müəssisələrinin tələbə həmkarlar ittifaqı komitəsinin sədrləri, Fövqəladə Hallar Nazirliyinin və dövlət qurumların həmkarlar ittifaqı təşkilatlarının əməkdaşları daxil olmaqla 17 nəfər iştirak edib.

Bu həftə ərzində kurs iştirakçıları aşağdakı mühazirələri dinləyib və praktik məşğələlərdə iştirak ediblər:Təlimçinin qrupa təsiri”,  “Qrup dinamikasının idarə edilməsi vasitələri”, “ Təlimçinin prosedur lideri kimi rolu”, “Təlim ünsiyyət prosesi kimi”,  “Təlimçinin qrupla qarşılıqlı əlaqə bacarıqları”,  “Təlim zamanı emosiyalarla işləmək, məşqçinin resurs vəziyyəti”, “Stil və məşğələlərin  paradiqmasının seçimi”.

Bu məşğələlər Ayna Hümbatova- Azərbaycan Respublikasının Təhsil İnstitutunun psix.f.d. tərəfindən peşəkarcasına aparılıb, o, praktiki məşğələlər və tapşırıqlar vasitəsilə bu problemlərin izahını verib və müvafiq təqdimatla çıxış edib.

Həmin həftə onlar üçün Miniatür Kitablar Muzeyinə ekskursiya təşkil olunmuş, onlar bu muzeyin yaranma tarixi və onun yaradıcısı - Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Zərifə Salahova ilə tanış olmuşlar.

Son gün Könül Mikayılovanın iştirakı ilə tələbələrlə müsahibə keçirildi və o, dinləyicilərinin həmkarlar ittifaqı təhsil sistemində təlimçi işinin əsas vəzifələrini və məqsədlərini öyrənmələrinə diqqət çəkdi.

Müsahibədən sonra dinləyicilər kurslarla bağlı fikirlərini bildirib, rəyləri sorğu vərəqlərində öz əksini tapıb və sonda onlara sertifikatlar verilib.Axırda  kollektiv xatirə şəkli çəkdirilib.

01.12.2023  [ 08:14 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.