Mərkəzin Sosial pedaqoji inkişaf və psixoloji dəstək departamentinin əməkdaşları
tərəfindən Akademiyanın sosial iş ixtisası üzrə təhsil alan bir qrup tələbəsinə
təlimlər keçirilir. Təlimlər həssas əhali qrupundan olan şəxslərin üzləşdiyi çətinliklərin
müəyyənləşdirilməsi, həlli istiqamətində düzgün strategiyaların qurulması, həmin
şəxslərlə psixo-sosial işin təşkili prosesi ilə bağlı tələbələrin maarifləndirilməsi
məqsədi daşıyır.