2023-cü
ilin “Heydər Əliyev”ili elan edilməsi ilə
bağlı “Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq “Riyaziyyat və
informasiya texnologiyaları” kafedrasının təşkilatçılığı ilə 29 noyabr 2023-cü
ildə “İKT və cəmiyyət” mövzusunda Tələbə Elmi-Praktiki konfrans keçirilmişdir.
Konfransın başlanğıcında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi,
sonra şəhidlərimizin xatirəsi yad edildi. İlk olaraq “Riyaziyyat və informasiya
texnologiyası” kafedrasının müdiri, dos.Niyar Əvəz qızı Umarova konfrans haqqında
iştirakçılara məlumat verdi, daha sonra ulu öndər Heydər Əliyevin həyat və
yaradıcılığına və uğurlu nailiyyətlərinə aid videoçarx nümayiş etdirildi.
Keçirilən
konfransda kafedranın professor-müəllim heyətinin rəhbərliyi ilə 13 nəfər tələbə
o cümlədən - “Maliyyə-iqtisad” fakültəsinin 7 tələbəsi (Rüstəmova Fatimə,
Musayeva Fidan, Nəsirova Dinarə, Usubova Nəzrin, Cəfərova Albina, Bədəlova Həbibə,
Mənsimova) “Sosial iş” fakültəsinin 6 tələbəsi (Məmmədov Ayxan, Həsənzadə
Pünhan, Rəşidli Elnur, Salayeva Heyran, Abdullayev Zəka, Xammədov Yusif)
maraqlı videoçarxlarla konfransda çıxış etmişlər.
Konfransın
sonunda “Maliyyə-iqtisad” fakültəsinin dekanı, dos. N.Y.Mikaylova çıxış edərək “Riyaziyyat və informasiya texnologiyaları”
kafedrasının əməkdaşlarına və çıxış edən tələbələrə öz təşəkkürünü bildirdi.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olundu.