Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyası ilə Ege Universiteti arasında bağlanmış
müqaviləyə əsasən müəllim mübadiləsi həyata keçirilir. Mübadilə çərçivəsində
Akademiyamıza Türk Dünyası Araşdırmaları
İnstitutunun Sosial İqtisadiyyat və Siyasi Əlaqələr şöbəsinin müəllimi dosent
Fatih Sansar gəlmiş və “XX əsrin başlanğıcında Türkiyə və Türk Dünyasında yeniləşmə
arayışları” və “Milli Mübarizədə Türkiyə Azərbaycan münasibətləri” mövzularda tələbələrə
mühazirə demişdir.
Qeyd
edək ki, Fatih Sansar noyabr ayı boyunca hər həftənin 5-ci günü tələbələrə
mühazirə keçməyə davam edəcək.