10 günlük kursların dinləyiciləri növbəti
təlimdə proqrama
uyğun olaraq təlimçi
kimi təqdimatlarla çıxış etdilər. Mirzəyeva Nərmin- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fakültə
həmkarlar ittifaqı sədri və Qasımzadə Sevinc-Azərbaycan
Dövlət Dillər Universitetinin Tələbə həmkarlar ittifaqı sədri gənclərlə həmkarlar ittifaqı təşkilatının mədəni-kütləvi və idman işinin təcrübəsini açıqlayan təqdimatla
çıxış etdilər. Sevinc Qasımzadə isə “Lider və onun xarakterik xüsusiyyətləri”
olub. Təlimi Könül Mikayılzadə- Azərbaycan Respublikası Təhsil İnstitutunun
“ Təhsilin nəzəriyyəsi və tarixi ” şöbəsinin böyük elmi işçisi tərəfindən aparılıb.O, təqdimatlara müsbət cavab
verib və belə təqdimatlar hazırlanarkən nələrə xüsusi diqqət yetirilməli
olduğunu qeyd edib.
Onların hər
biri əldə etdikləri biliklərə əsaslanaraq kurs iştirakçılarının fəal müzakirə
obyektinə çevrilən təqdimatın məqsəd və məzmununu açıqladı.Sonra Abbasəli
Rüstəmli- Taghiyev Operating Company” MMC HİK-in sədri həmkarlar ittifaqları təhsili
sistemi, vəzifələr, onun formaları haqqında ətraflı məlumat verdi.
Kurs iştirakçıları hər dərsdə fəal çıxış edərək müəllimlərə
minnətdarlıqlarını bildiriblər.