AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Kurs iştirakçıları üçün “STEAM İNNOVASİYA MƏRKƏZİ”-nə ekskursiya təşkil edilmişdir


image small

20-23 noyabr 2023-cü il tarixlərində kurs iştirakçıları tədris metodlarının əsaslarını öyrənmiş, interaktiv və fəal tədris metodlarından, dinləmə və davranış bacarıqları, ünsiyyət və s. məsələlər üzrə işgüzar oyunlarda iştirak etmişdilər.

Təhsil İnstitutundan dəvət olunmuş mütəxəssislərin- Könül Mikayılzadə, Hümay Alıkişiyeva, Aytəkin Alqayeva,  Abbasəli Rüstəmli  və Fəridə Hacıyeva - təcrübə mübadiləsilə çıxışları, təqdimatları praktiki məşğələlərdə peşəkarcasına təqdim olunan nəzəri materiala əsaslanaraq, hazırlanmış məşğələ və tapşırıqlarla gücləndirmiş, gənc təlimçi bu tapşırıqları fəal şəkildə yerinə yetirmişdilər  və hər biri kifayət qədər yaxşı nəticələr göstərmişdir.

Təbii ki, mütəxəssislərimiz tərəfindən hazırlanmış məlumatlandırıcı təqdimatların böyük rolu olmuşdur.

Noyabrın 23-ü kurs iştirakçıları üçün “STEAM İNNOVASİYA MƏRKƏZİ”- ekskursiya təşkil edilmişdir. Burada dinləyicilərə  Mərkəzin məqsəd və vəzifələri haqqında ətraflı  məlumat verilib ki,  Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Təhsil Nazirliyinin Təhsil İnstitutunun dəstəyi ilə "STEAM Azerbaijan" layihəsi 2019-2020-ci tədris ilindən start götürüb. STEAM təhsil metodu 5 əsas disiplinlərin birləşik şəkildə təşkilidir. Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art), Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub. STEAM layihəsinin əsas məqsədi Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını – kreativlik, tənqidi düşünmə, əməkdaşlığın inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrətmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.

Layihə VI siniflərdən başlayaraq STEAM tətbiq olunan məktəblərdə tədris olunur. STEAM dərsləri “3D çap”, “Microbitlə proqramlaşdırma”, “Elektrik mühəndisliyi”, “Biotexnologiya”, “Nanotexnologiya”, “Robototexnika”, “Gen mühəndisliyi”, “CNC lazer kəsiciləri”, “Pilotsuz uçuş aparatları (tədris dronları)” üçün hazırlanmış kurikulum üzrə təşkil olunur. 2023-2024-ci tədris ilində etibarən Respublika üzrə STEAM layihəsi 400 məktəbdə tətbiq olunur. Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində ölkə üzrə 25 STEAM Mərkəzinin istifadəyə verilib. STEAM Azərbaycan layihəsi haqqında məlumatlar portalımız üzərindən, eləcə də layihənin rəsmi sosial şəbəkə səhifələri vasitəsilə paylaşılır.

Mərkəzin rəhbərliyinə İqrar müəllim və Təranə xanıma, eləcə də Cəfərzadə Mirzə müəllimə, Təhsil işçilərin Azad HİRK sədr müavini, Akademiyanın rəhbərliyi və kurs iştirakçıları adından  yaxşı təşkil olunmuş və məzmunlu ekskursiyaya görə dərin minnətdarlığımızı bildiririk. Bütün dərslər və ekskursiyalarda fotoşəkilləri çəkildi.

23.11.2023  [ 10:54 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.