“Təmiz Dünya” Qadınlara
Yardım İctimai Birliyi BREN proqramı çərçivəsində “Azərbaycanda qadınlara qarşı
zorakılığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi”
layihəsi çərçivəsində Azərbaycan Əmək və
Sosial Münasibətlər Akademiyasının Sosial iş ixtisası üzrə təhsil alan tələbələri
“Məişət zorakılığı törədən şəxslərlə sosial işin təşkili” və BDU-nun
Psixologiya ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri üçün “Məişət
zorakılığı törədən şəxslərlə psixoloji işin təşkili” mövzusunda təlimlər
keçirmişdir. Ümumilikdə 4 günlük təlimdə 60 nəfər iştirak edib. Zorakılığın
mahiyyəti, zorakılıq törədən şəxslərin xüsusiyyətləri, tipləri, zorakılıq
mühiti, mədəni və sosial faktorlar, o cümlədən məişət zorakılığı törətmiş şəxslərlə
iş üçün müdaxilə proqramının (Dulut Modeli əsasında) təqdimatı təlim iştirakçıları
ilə müzakirə edilib. Təlimdə zorakılıq törətmiş şəxslərlə simulyativ oyun
rolları da istifadə edilib.
Təlimlər Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində keçirilərək, Məişət
Zorakılığı ilə Mübarizəyə dair 2020–2023-cü illər üzrə Milli Fəaliyyət Planının 12.2.4. və 12.6.2. yarimbəndlərinin icrasına dəstək
məqsədi daşıyıb.
Təlimin sonunda Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının “Sosial iş” fakültəsinin tələbələri sertifikatlarla təltif
olunub.