Cari ilin 14-16 noyabr tarixlərində texniki əmək müfəttişləri, əməyin mühafizəsi komissiyaları və müvəkkilər üçün “Peşəkar risklər: hüquqi baza, tədbirin təşkili, həmkarlar ittifaqlarının rolu ” mövzusu ilə bağlı kurslar keçirilmiş, kurslarda 27 nəfər iştirak etmişdir. Kurslar aşağıdakı mövzuları: “Əməyin mühafizəsinin hüquqi əsasları”, “İşəgötürənin əməyin mühafizəsinin normativ tələblərinə riayət etmək və əmək işçilərinin təhlükəsiz mühitini təmin etmək öhdəliklərini özündə əks etdirən proqramın tərtib edilməsi”, “Təşkilatda peşə risklərinin idarə edilməsi sisteminin tətbiqinə, işçilərin sağlam və təhlükəsiz əmək şəraiti hüquqlarına riayət olunmasına nəzarətdə həmkarlar ittifaqlarının rolu”, “Əməyin mühafizəsi və işin təhlükəsiz yerinə yetirilməsi üçün təlimatlar”, “Əlilliyin qiymətləndirilməsi qaydaları: yeniklər dəyişikliklər, əlavələr. Əlillərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu: yeniliklər, dəyişiklər, əlavələr”, “Xroniki xəstəlik hallarının qarşısının alınması üçün əsas tədbirlər”, “ Bəzi kateqoriyalı işçilərin tibbi müayinəsi. İşçilərin klinik müayinəsi: sənədlər, yeni zəmanətlər, işçinin və işəgötürənin öhdəlikləri. Təhlükəsiz iş şəraiti” və s. özündə əks etdirən proqram tərtib edilmişdir.
Məşğələlərin keçirilməsi üçün dövlət qurumlarından aşağıdakı mütəxəssislər dəvət olunub: Namiq Cəfərov-AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfətişliyinin Aparatının “Əməyin mühafizəsinə nəzarət” şöbəsinin “Bədbəxt hadisələrin araşıdarması” sektorunun məsələhətçisi, əmək müfəttişi, Namiq Seyfəddinli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim esperti, Minaya Nəbiyeva və Sayad Gürzəliyev Azərbaycan Tibbi Universitetinin əməkdaşları, dosentlər.
Kursun sonunda “Peşəkar risklər: Dövlət Əmək Müfəttişliyi və Həmkarlar İttifaqı təşkilatlarının birgə fəaliyyəti, hüquqi baza, tədbirlərin təşkili” mövzusunda təcrübə mübadiləsi keçirilib. Bu məşğələni Quliyev Eldar - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfətişliyinin Aparatının “Əməyin mühafizəsinə nəzarət ”şöbəsinin “Bədbəxt hadisələrin araşıdarması” sektorun baş-məsləhətçisi-baş əmək müfəttişi, Əli Mədətov - AHİK-in əməyin mühafizəsi şöbə müdiri keçirildilər.
Bütün məşğələlər kurs iştirakçılarının fəal iştirakı ilə keçirilib, onlar suallarına müvafiq cavablar alıb və dərsləri peşəkarlıqla aparan bütün mütəxəssislərə təşəkkürlərini bildiriblər. Kursun sonunda iştirakçılar elektron formada tədris materialları əldə ediblər.