Noyabrın
16-da 2022-2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı
və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün
təqdimedilmə mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan ATİAHİ Respublika Komitəsinin
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə həyata keçirilən
dövlət gənclər siyasətindən danışıb, həmkarlar ittifaqı təşkilatları tərəfindən
dövlət gənclər siyasətinə verilən dəstəkdən bəhs edib. Qeyd edib ki, ATİAHİ RK
tərəfindən bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil
olunur, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı işlər görülür. Həmçinin
aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə
bağlı da addımlar atılır. Onun sözlərinə görə, hər il aztəminatlı ailələrdən
olan 220-dən çox tələbə pulsuz yeməklə təmin edilir.
Sonra yaz imtahan sessiyasının nəticələrinə görə əlaçı
və həmkarlar ittifaqı fəalı olan 65 nəfər ali məktəb tələbəsinə ATİAHİ RK-nın
adlı təqaüdü təqdim edilib.
Qeyd edək ki, tələbələrdə elmə, təhsilə marağın
artırılması məqsədilə 1995-ci ildə ATİAHİ RK-nın adlı təqaüdü təsis edilib. O
vaxtdan bu günədək ali təhsil müəssisələrində payız və yaz sessiyalarının nəticələrinə
görə uğur əldə etmiş 2849 tələbə bu təqaüddən yararlanıb.
Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının 6 tələbəsi
1. Teymurzadə
Aysun Firuz qızı – Mühasibat ixtisası
2. Hacıyeva
Vəfa Qədir qızı – Maliyyə ixtisası
3. Məmmədzadə
Yusif İlham oğlu – İqtisadiyyat ixtisası
4. Salmanzadə
Mülayim Zaur qızı – Dövlət və bələdiyyə idarəetməsi ixtisası
5. Həsənova
Aysel İslam qızı – Marketinq ixtisası
6. Orucova
Nərgiz Emin qızı – Sosial iş ixtisası
adlı
təqaüdə layiq görülüb. Tələbələrimizə uğurlar arzu edirik.