logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“Həmkarlar ittifaqı lideri ” mövzusu ilə bağlı 2 aylıq kurslar keçirildi


image small

18 sentyabr 2023-cü ildən etibarən Həmkarlar ittifaqı lideri ” mövzusu ilə bağlı 2 aylıq kurslar keçirilməyə başlanılmışdır. Kurslarda Həmkarlar ittifaqı sədrləri, gənc həmkarlar ittifaqı lideri, həmkarlar ittifaqı komitə üzvləri, təlimatçılar, ümumilikdə 10 nəfər iştirak edir.

Tədris proqramına aşağıdakı mövzular daxil edilmişdir: “Həmkarlar ittifaqlarında səmərəli rəhbərlik. Rəhbərliyə təsir üsulları. Lider obrazı”, “Həmkarlar ittifaqı işinin idarəetmə əsasları. Həmkarlar ittifaqı təşkilatı  idarəetmə obyekti kimi”, “Həmkarlar ittifaqı üzvlüyünün motivasiyası. Gənclərlə işin əsasları”, “Gənclərin motivasiyasının xüsusiyyətləri, gənc işçilərin motivasiyasını artırmaq üçün AHİK-in və HİRK-in fəaliyyəti”, “Həmkarlar ittifaqlarının kadr siyasətinin əsas anlayışları və alətləri. Kadr ehtiyatı ilə iş üsulları. Həmkarlar ittifaqı işçilərinin davamlı, məcburi innovativ təhsili”, “Kargüzarlıq həmkarlar ittifaqı təşkilatında”, “Treninq : İctimai çıxış, onlara hazırlıq. Tamaşaçılarla işləmək üsulları. İşgüzar görüşlərin, söhbətlərin, danışıqların təşkili və keçirilməsi. Bədən dili”, “Hesabat-seçki kampaniyasının hazırlanması və keçirilməsində həmkarlar ittifaqı təşkilatının işinin əsas istiqamətləri”.

Dərsin keçirilməsi üçün aşağıdakı dövlət qurumlarından mütəxəssislər dəvət olunub: AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları: Hacıyeva Fəridə - “Əmək siyasəti” şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun baş məsləhətçisi, Dövlət Sosial Müdafiə Fondunun  Pensiya təminatı departamenti “Qanunvericilik məsələləri” şöbəsinin şöbə müdiri və “Fərdi uçota nəzarət və sosial sığorta” departamenti “Sosial sığorta ”şöbəsinin mütəxəssisi: Sahil Aslanov,  Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı: Elnur Əliyev, “Binəqədi OYL” şirkətinin HİK sədri: Bağıyev Cavanşir, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Baş mühasibi Hökümə Əkbərova, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının  psixoloqu: Deniz Metin Həsənova.

Dəvət olunmuş mütəxəssislərə müvafiq mövzularda peşəkar təqdimatlar edilmişdir. Kurs iştirakçıları dəvət olunmuş mütəxəssislərə minnətdarlıqlarını bildirmiş, mövzuların müzakirəsində fəal iştirak etmiş, əmək haqlarının, pensiyaların və s. yaxşılaşdırılması ilə bağlı təkliflərini vermişlər. Kursların sonunda həmkarlar ittifaqı üzvləri belə kursların sistemli şəkildə təşkilinə və keçirilməsini təklif etdiklərinə görə minnətdarlıqlarını bildiriblər

06.11.2023  [ 06:10 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.