31.10.2023 il tarixdə Təhsil Tələbə Krediti Fondunun nümayəndəsi Günay Xəlilova Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında maarifləndirici görüş keçirdi.
Görüşdə Akademiyanın “Qiymətləndirmə və monitorinq” bölməsinin müdiri Səidə Hüseynova və akademiyanın tələbə heyəti iştirak edirdi. Görüşün əsas məqsədi tələbələrə təhsil tələbə kreditinə müraciət qaydaları, kreditlərin növləri, qeydiyyat prosesi və digər yeniliklər barədə ətraflı məlumatların verilməsi idi.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.