logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Həmkarlar ittifaqı işçiləri əmək sahəsində beynəlxalq hüquq standartlar ilə tanış olublar.


image small

30.10.2023- cü il tarixdə  Həmkarlar İttifaqı işçiləri üçün  “ Əmək sahəsində beynəlxalq hüquqi standartlar  mövzusu  ilə bağlı növbəti 3 günlük kurslar keçirilmişdi. Kurs proqramına aşağıdakı mövzular daxil idi: “ İnsan hüquqlarının beynəlxalq hüquqi standartları : (Beynəlxalq hüququn yaranması üçün ilkin şərtlər (səbəblər və şərtlər), “Beynəlxalq  əmək hüququ və beynəlxalq sosial təminat hüququ: mövzu, metod, prinsiplər”,“Əmək və sosial təminat sahəsində beynəlxalq hüquqi tənzimləmə mexanizmi:anlayış və əsas xüsusiyyətləri “, “Beynəlxalq əmək hüququ standartlarına riayət olunmasına beynəlxalq nəzarət və sosial təminat hüquqları”, “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Beynəlxalq Əmək Təşkilatının insan hüquqlarının müdafiəsi üzrə birgə fəaliyyəti”, “Beynəlxalq Əmək və Sosial Təminat Hüquqları Standartları”.

Dərslərin keçirilməsi üçün aşağıdakı dövlət qurumlarından aparıcı mütəxəssislər dəvət olunub: Müqalib Mahmudov-  Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Ombudsman Aparatının “Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə  əməkdaşlıq” şöbəsinin sektor müdiri, Orxan Rzayev –Konstitusiya Məhkəməsi Aparatının məhkəmə qərarlarının icrasına nəzarət sektorunun böyük məshətçisi, AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin Aparatının əməkdaşları Fəridə  Hacıyeva-“Əmək siyasəti” şöbəsinin Əmək siyasətinin təkmilləşdirilməsi sektorunun baş məsləhətçisi və  Elşad Əliyev- Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini .

        Qeyd edək ki, dəvət olunmuş mütəxəssislər müvafiq təqdimatla çıxış edərək, Respublikada ratifikasiya olunmuş əsas beynəlxalq aktları, Konvensiyaları və beynəlxalq standartları peşəkarcasına izah edərək, onların xüsusiyyətlərini və əmək sahəsində əhəmiyyətini izah ediblər.

      Ənənəyə uyğun olaraq, kurslar Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının psixoloqu Dəniz Metin-Həsənovanın iştirakı ilə keçirilən oyun şəklində dinləyicilərlə tanış keçirdi, daha sonra onlar “ Motivasiya nə deməkdir?” mövzusunu dinləyiblər.   

Sonuncu gündə dinləyicilərin xahişi ilə Azərbaycan Əmək Məcəlləsinə dair iş və istirahət vaxtı, əmək müqaviləsi bağlanması qaydaları, onun növləri haqqında ümumi məlumat verilib və sonda digər suallar cavablandırılıb.Məşğələni Fəridə Hacıyeva aparırdı.

Hər bir dinləyiciyə dinlədikləri mühazirələr əsasında metodiki vəsaitlər paylanmışdır. Sonda qrup şəkili çəkildi.

31.10.2023  [ 11:35 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.