23.10.2023-cü il tarixdə 2 aylıq kursun dinləyiciləri Həmkarlar İttifaqı
Birliyinin "Azərişıq" ASC iş təcrübəsi ilə tanış olublar.
Kurs iştirakçılarını Yerli sənaye və
kommunal-məişət müəssisələri işçilərinin HİRK-nin Katibi və baş texniki
əmək müfəttişi İsmayılov İsmayıl və Həmkarlar İttifaqı Birliyinin sədri Məcidov
Elşən qarşıladılar. Təcrübə mübadiləsi “ Azərişıq” Tədris və
İnnovasiya Mərkəzində keçirilmişdir.
Həmkarlar İttifaqı Komitəsinin sədri Elşən müəllim giriş
sözü ilə bütövlükdə Birliyin fəaliyyəti haqqında geniş məlumat verdi. O, Həmkarlar
İttifaqı təşkilatının strukturu, Həmkarlar İttifaqı fəalları ilə iş, kollektiv
müqavilənin bağlanması, Həmkarlar İttifaqı Komitəsi ilə işəgötürənlərin birgə
işi barədə məlumat verib. O, həmçinin işçilərin və onların ailə üzvlərinin
sağlamlığının qorunması, istirahətinin təşkili ilə bağlı ətraflı çıxış edib.
Praktiki məşğələnin
davamında İsmayıl İsmayılov əməyin mühafizəsi və təhlükəsizlik texnikası
məsələlərinə toxundu. Tədris Mərkəzinin əməkdaşı Ayşən Həmidova əməyin
mühafizəsi və işçilərin təhlükəsizliyinə aid olan bütün eksponatları ətraflı
təsvir edib.
Sonra Elşən Məcidov
və İsmayıl müəllim dinləyicilərdən Ağayeva Təbəssüm, Əliyev Əyyub,
Cahangirzadə Rövşən, Hüseynov Sabirin suallarını cavablandırıblar.
Müzakirə zamanı həmkarlar ittifaqı işçiləri həmkarlar ittifaqı işi ilə bağlı
təcrübələrini bölüşüblər.
Kursun sonunda
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və kurs iştirakçıları
adından Yerli sənaye və kommunal-məişət müəssisələri işçilərin
HİRK-nin və "Azərişıq" Açıq Səhmdar
Cəmiyyəti rəhbərliyi, həmkarlar ittifaqı birliyinin sədri Məcidov
Elşən kursun yüksək səviyyədə təşkilinə və səmərəli
keçirilməsinə görə minnətdarlığını bildirib. Kursun sonunda kollektiv şəkil
çəkdirildi.