03.11.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının
Humantiar fənlər kafedrasının müəllimi Aygün Bağırzadənin ssenarisi əsasında “Zəfər
günü”nə həsr olunmuş “Zəfər yolu” adlı tədbir keçirilmişdir. Tədbir 44 günlük Vətən
müharibəsində şəhadətə ucalan şəhidlərin əziz xatirəsini yad etməklə başlamış,
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbiri açıq elan edən
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru profesor Hüseyn
Qaraşov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı möhtəşəm Zəfərdən
danışaraq qeyd etdi ki, bu qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olaraq
gələcək nəsillərin xatirəsində əbədi yaşayacaqdır. İkinci Qarabağ müharibəsi
dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən
torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş
etdirdi.
“Zəfər yolu”
adlı bədii kompozisiyada TGT, THİK, Yeni klub və Akademiyanın istedadlı tələbələri
Azərbaycan xalqının ən qədim zamanlardan bu günə qədər olan igidliyini,
mübarizliyini nümayiş etdirdilər.
Sonda 2013-cü
il Muğam Televiziya müsabiqəsinin diplomantı Murad Kəngərli “Turan ellərinə
salam söyləyin” və “Gəz Qarabağda” mahnılarını ifa etdi.
Zəfərin mübarək,
Azərbaycan!