04.11.2023-cü il tarixdə Azərbaycan
Əmək və Sosial Münasibətlər Akademiyasında HİH və sosial fənlər kafedrasının müəllimi
Kənan Abbasovun təşkilatçılığı ilə “Sosial iş” fakültəsinin tələbələri üçün "Dəyişikliyi
gözləmə, özün dəyişiklik et" mövzusunda təlim baş tutmuşdur. Təlimçi qismində
Nərmin Qəniyeva iştirak etmişdir.
Nərmin Qəniyeva, Azərbaycan
Sahibkarlar Konfederasiyasında Baş Katibin müavini vəzifəsində çalışır. Bundan
öncə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tabeliyində Dövlət Tibbi
Sosial Ekspertiza və Reabilitasiya Agentliyində İdarə Heyəti sədrinin müşaviri,
Azərbaycan Banklar Assosiasiyasında Layihələr üzrə direktor, Azərbaycan Risk
Peşəkarları Assosiasiyasında İcraçı direktor, “ARPA Consulting” MMC-də direktor
vəzifələrdə çalışıb.
Məlumat üçün bildirək ki, Nərmin
Qəniyeva “Üçüncü Bahar” yaşlılara dəstək ictimai birliyinin həmtəsiçisi və İdarə
Heyətinin sədri vəzifəsini daşıyır. O, Qərb Universitetində Siyasi Elmlər,
Politologiya üzrə məzundur. Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi,
bizneslərin inkişafında mentor və konsultant fəaliyyəti ilə məşğuldur.