“Sosial hüquqlar, onların təşəkkülü, inkişafı və mahiyyəti” mövzusunda MasterKlass keçirildi.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İnnovasiya və karyera şöbəsinin müdiri Hikmət Mirzəyevin təşkilatçılığı ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Hüquq və daxili nəzarət şöbəsinin müdiri Qaya Əliyevin təqdimatında “Sosial hüquqlar, onların təşəkkülü, inkişafı və mahiyyəti” mövzusunda Akademiyanın tələbələri üçün MasterKlass keçirildi.

Təlimdə Sosial hüquqların mahiyyəti, onların təsnifatı, insan hüquqlarının müdafiəsində beynəlxalq hüququn rolu, insan hüquq və azadlıqlarının prinsipləri və s. mövzular ətraflı izah olundu. Sonda tələbələri maraqlandıran suallar cavablandırıldı.