13.10.2023-cü
ildə 2 aylıq kursun dinləyiciləri Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsi tərəfindən həmkarlar ittifaqı təşkilatlarının
iş təcrübəsi ilə tanış olublar. Kurs iştirakçılarını həmkarlar ittifaqı komitəsinin
sədri Şıxəli Dadaşov və müavini Nərgizxanım Məmmədova qarşıladılar. Kursu giriş sözü ilə həmkarlar
ittifaqı komitəsinin sədri açaraq bütövlükdə Komitənin fəaliyyəti haqqında,
sonra həmkarlar ittifaqı təşkilatının fəaliyyəti barədə geniş məlumat verdi. O,
həmkarlar ittifaqı təşkilatının strukturu, həmkarlar ittifaqı fəalları ilə iş,
kollektiv müqavilənin bağlanması, həmkarlar ittifaqı komitəsi ilə işəgötürənlə birgə işi barədə məlumat
verib. Daha sonra Məmmədova Nərgizxanım keçirilən mədəni-kütləvi tədbirlərdən,
kollektiv üzvləri üçün istirahət mərkəzinin təşkilindən danışıb. Həm Şıxəli
müəllim, həm də Nərgizxanım
dinləyicilərdən Cəfərova Günel, Əliyev Əyyub, Cahangirzadə Rövşən, Bağırov Kəmaləddinin
suallarını cavablandırıblar. Müzakirə zamanı həmkarlar ittifaqı işçiləri həmkarlar
ittifaqı işi ilə bağlı təcrübələrini bölüşüblər.
Kursun sonunda həmkarlar ittifaqı
işçilərinin hazırlanması və ixtisasartırma şöbəsinin müdiri Maniyeva Raziyə Azərbaycan Əmək və Sosial
Münasibətlər Akademiyası
və kurs iştirakçıları adından Dövlət idarələri və ictimai
xidmət işçiləri HİRK sədri
Hikmət Osmanova öz minnətdarlığını
bildirib.
Statistika
Komitəsi Tair Budaqova və həmkarlar ittifaqı təşkilatının rəhbərləri Şıxəli
Dadaşova və Nərgizxanım Məmmədova kursun yüksək səviyyədə təşkilinə və səmərəli
keçirilməsinə görə
minnətdarlığını bildirib.
Praktik
dərs xüsusi ayrılmış təlim otağında
keçirildi. Kursun sonunda kollektiv şəkil
çəkdirildi.