logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Psixi Sağlamlıq Gününə həsr olunmuş tədbir keçirilib


image small

13.10.2023-cü il tarixdə keçirilən tədbir çərçivəsində Respublika Reabilitasiya Mərkəzində xidmət alan şəxslər, Əmək və Sosial Münasibətlər Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Kollecin tələbələrinə Mərkəzlə tanışlıq imkanı yaradılıb. Tələbələrə Mərkəzdə həyata keçirilən xidmət istiqamətləri, iş prinsipləri və könüllülük fəaliyyəti barədə məlumat verilib. Qonaqlar yaradıcılıq studiyalarında təlim prosesi, benefisiarların və təlimçilərin birlikdə ərsəyə gətirdikləri əl işləri, o cümlədən keramika, floristika, bədii oyma, xalçaçılıq, muncuqla toxuma və tikmə nümunələrinə baxıblar.

Daha sonra “Psixi sağlamlıq sahəsində Multidissiplinar işin əhəmiyyəti” mövzusunda təşkil edilən panel müzakirələrdə Mərkəzin Sosial pedaqoji inkişaf və psixoloji dəstək departamentinin əməkdaşları bu sahədə həyata keçirilən tədbirlərin nəticələri, əldə olunan uğurlarla bağlı təqdimatlar ediblər. Mərkəzin multidissiplinar komandasının üzvləri valideynlər ilə birgə maarifləndirici təlim proqramı, psixo pedaqoji işin təşkili və fərdi inkişaf planının tətbiqi, logopedik seansların nəticələri və digər mövzularda fikir mübadiləsi aparıblar.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

16.10.2023  [ 09:36 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.