logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib


image small

13.10.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatı Ceyhun Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri, AƏSMA-nın professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Azərbaycan şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. AƏSMA-nın Tədris və elmi işlər prorektoru Fərhad Möhbalıyev çıxış edərək qonaqları salamlayıb bu cür mövzuların gənclər arasında keçirilməsindən önəmindən bəhs edib.

Ceyhun Məmmədov çıxışında qeyd edib ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir. Vurğulanıb ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür. Həmçinin din və elmin bir-birləri ilə vəhdət təşkil etməsindən elmin, təhsilin dini radikalizmə qarşı mübarizədə önəmindən danışılıb.

Çıxışın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkli çəkdirilib.

16.10.2023  [ 08:54 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.