AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

İnformasiya texnologiyaları və həmkarlar ittifaqı təşkilatı: reallıq və perspektivlər mövzusunda təlim keçirildi


image small

Bu il oktyabrın 2-dən oktyabrın 6-dək “Gənc həmkarlar ittifaqı liderinin işində müasir informasiya-kommunikasiya texnologiyaları” mövzusu ilə bağlı 5 günlük kurslar keçirilib. Auditoriya  - gənc  həmkarlar ittifaqı fəalları, həmkarlar ittifaqı komitələrinin təlimatçıları üçün təşkil edilmişdir. Ümumilikdə 17 nəfər iştirak etdi. Kursların təşkilində əsas məqsəd həmkarlar ittifaqı işçilərinə informasiya texnologiyalarından istifadə, rəqəmsal təhsil, ictimaiyyətlə əlaqələrin təşkilinə yeni yanaşmalar, media və kommunikasiyalar və s. Barədə məlumatlar verməkdir.

Buna uyğun olaraq, təlim proqramına aşağıdakı mövzular daxil edilmişdir:

«Azərbaycan Media sahəsində informasiya - kommunikasiya texnologiyaları və innovasiyalarının tətbiqi: əsas istiqamətlər”, “ Kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə prinsipləri”, “ PR texnologiyaları və təşkilatları: əsas istiqamətlər, icra, problem”, “ İnternet texnologiyası haqqında məlumat .Qarşılıqlı əlaqələr və perspektivlər”, “ Kibertəhlükəsizlik: əsas konseptlər, ümumi  təhdidlər və zəifliklər”, Azərbaycan iqtisadiyyatında  informasiya texnologiyalarının mahiyyəti: əsas məqsəd və inkişaf perspektivləri , “Azərbaycan Media sahəsində informasiya - kommunikasiya texnologiyaları və innovasiyalarının tətbiqi: əsas istiqamətlər”, “İdarəetmə kommunikasiyaları - idarəetmədə birləşdirici proses kimi, Sosial şəbələkərdə kommunikasiya və iş prinsipləri”,  Kütləvi informasiya vasitələri ilə qarşılıqlı əlaqə prinsipləri, “Həmkarlar ittifaqının təşkilatı, gənclər şurası və komissiyanın   informasiya işinin təşkili”, “ Həmkarlar İttifaqı Eduton - həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini canlandırmaq üçün yeni ideyaların axtarışı”, “Həmkarlar ittifaqı təşkilatının, gənclər şuralarının komissiyaların tədbirlərinin informasiya-kommunikasiya müşayiəti”.

Gənc həmkarlar ittifaqları işçiləri dövlət qurumlarından dəvət olunmuş mütəxəssislərlə birlikdə bu mövzuları dinləmiş və müzakirələrdə fəal iştirak etmişlər, xüsusi fəallığı isə AR  Rəqamsal  İnkişaf və Nəqliyyat Nazirliyin əməkdaşları-

Lalə Kərimova- Nazirliyin Aparatının “Strateji təhlil, innovasiya və rəqamsallaşma” şöbəsinin baş məsləhətçisi, Səfər Aslanov  -“Aztelekom” MMC-nin Korporativ əlaqələr sektorunun müdiri, İbrahim Qədirli-  “Rəqəmsal səriştələrin inkişafı” departamentinin layihə koordinatoru , Ceyhun Hacıyev- Nazirliyin   Aparatının Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin İqtisadi təhlil və statistika sektorunun böyük məsləhətçisi, AR İqtisadiyyat Nazirliyinin əməkdaşları : Arzu Hüseynova- “İqtisadi Elmi-Tədqiqat İnstitututu” publik şəxsin İdarə Heyətinin sədrinin birinci müavini, Dürdanə Əhədova- “Rəqəmsal idarəetmə” şöbəsinin “ Rəqəmsal layihələr” sektorunun müdiri, Könul İsmayılzadə - Gənclərin İnkişaf və Karyera  mərkəzinin “ İctimayyətlə əlaqədar və kommunikasiya” şöbəsinin müdiri  Rəşad Əlitev- İT eksperti göstərmişlər.

 Auditoriyanın gənc həmkarlar ittifaqı fəallarından ibarət olduğunu nəzərə alaraq, Azərbaycan Həmkarlar ittifaqı Konfederasiyasının aparat rəhbərinin müavini,  Gənclər Mərkəzinin sədri- Qara Ağayev dəvət olunmuşdu və  o, müvafiq mövzulara aid  praktiki məşğələlər  keçirildi, o cümlədən “ İttifaqı Eduton - həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini canlandırmaq üçün yeni ideyaların axtarışı”, “Həmkarlar ittifaqı təşkilatının, gənclər şuralarının komissiyaların tədbirlərinin informasiya-kommunikasiya müşayiəti”. Məşğələlər kiçik qrup şəklində keçirilib. Dərsləri qəbul etmək üçün dəvət olunmuş bacarıqlı təqdimatla öz mövzularını inkişaf etdirdi.

Həmkarlar ittifaqı təşkilatının fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bir sıra rasional təkliflərlə çıxış edən kurs iştirakçılarının fəallığını xüsusilə qeyd etmək istərdim. Onların sırasında həmkarlar ittifaqı fəallarını qeyd etmək istiyərdim : Milli Aviasiya Akademiyanın əməkdaşı Hüseynov Talut Əli oğlu , Əliyeva Yaqut Baba qızı, Hacıyev Elgün Nizami oğlu- Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Məmmədsalahov İlkin, C.Naxçıvanski adına hərbi məktəbi, Azərbaycan Kooperativ Universitetinin nəzdində Biznes Kollecinin tələbələri, xüsusilə tələbə Şirinova Nərmin Camal qızı həmkarlar ittifaqı komitəsinin sədri.

Yuxarıda adıçəkilən gənc həmkarlar ittifaqı üzvləri gəncləri həmkarlar ittifaqına üzv olmağa həvəsləndirmək üçün bir sıra məhsuldar təkliflər də bildirdilər.

Kurslarımızın proqramına kursların problemləri ilə bağlı psixoloji aspektlərə aid suallar, o cümlədən  “Real “mən”in və virtual “mən”in psixoloji təhlili” və “  İnternet kommunikasiyasında inam problemi” müzakirə olunub. Bu məsələ ilə bağlı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının psixoloqları Güldeniz Metin Hasanova  və Səriyyə Feyzullayeva çıxış ediblər.

Kursun sonunda hər bir tələbə keçdiyi kurs mövzularının elektron variantını və həmkarlar ittifaqı işinin təşkilinə dair metodiki vəsait əldə etmişdir.

07.10.2023  [ 07:46 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.