AƏSMA Yeni Klub və İnnovasiya və karyera şöbəsinin təşkilatçılığı ilə "AIESEC Azərbaycan" Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında beynəlxalq staj keçmə proqramı haqqında tələbələrlə görüş keçirdi. Görüşdə AIESEC mübadilə proqramları haqqında danışıldı.
"AIESEC Global Mübadilə" proqramına qəbul
olmuş tələbələr və yenicə məzun olmuş gənclər isə AIESEC-in yerləşdiyi 110 ölkədə
müxtəlif sahələr üzrə şirkətlərdə staj keçə bilərlər. Bu şirkətlər həmin ölkələrdə
yeni yaranmış kiçik şirkətdən tutmuş, dünyanın nəhəng şirkətlərindən biri də
ola bilər.
AIESEC
üzvləri təşkilatda aktiv iştirak etməklə gələcək həyat və karyeralarına böyük təsir
göstərə biləcək dəyərli təcrübə əldə edəcəklər. Üzvlüyə qəbul olmuş insanlar
AIESEC-də öz liderlik qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, dünyanın istənilən
nöqtəsindən dostlar əldə edəcəkləri, fərqli mədəniyyətlərlə tanış olacaq və
baxış imkanlarını genişləndirəcəkləri barəsində ətraflı məlumat verdilər.
Təlimin
sonunda tələbələri maraqlandıran suallar cavablandırıldı.