Akademiyasının THİK təşkilatçılığı ilə “Müəllimlər günü” adlı tədbir keçirilmişdir

5 oktyabr 2023 cü ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının THİK təşkilatçılığı ilə “Müəllimlər günü” adlı tədbir keçirilmişdir. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlər Himni oxunub və Vətənin azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunmuşdur.

Tədbiri açıq elan edən Akademiyanın rektoru professor Hüseyn Qaraşov müəllimlərin əvəzsiz fəaliyyətindən bəhs etmişdir. Tədbirdə müəllimlərə həsr olunmuş şeirlər deyilmiş, müxtəlif səhnəciklər yer almışdır. Müxtəlif videoçarxlar nümayiş etdirilmişdir. Sonda THİK sədri-Niftiyev Mirilham və sədr müavini-Kərimova Ülkər müəllimlərin peşə bayramını təbrik etdilər.