“Dayanıqlı inkişaf və Davamlı Turizm” mövzusunda seminar keçirildi

02.10.2023-cü il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın iştirakçısı, İstanbul Universitetinin doktorantı Aysel Məmmədli Akademiyanın tələbələrinə “Dayanıqlı inkişaf və Davamlı Turizm” mövzusunda seminar vermişdir.

Seminarda Dayanıqlı İnkişafın və Davamlı Turizmin əhəmiyyəti, inkişaf prinsipləri, məqsədi kimi məsələlərdən bəhs edilmişdir.