logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

“DOST-2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” mövzusunda beynəlxalq konfrans


image small

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllimi, fəl.f.d., dosent Zeynəddin Şabanov Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 və Agentliyin yaradılmasının 5 illik yubileyi münasbətilə keçirilən “DOST-2023: çevik, innovativ və davamlı xidmətlərin göstərilməsi üçün vahid platforma” mövzusunda beynəlxalq konfransda iştirak etmişdir. Nazir Sahil Babayevin açılış nitqi və Agentliyin 5 illik fəaliyyəti barədə məlumat verdikdən sonra konfrans öz işini “Vahid platforma konsepsiyasında idarəetmə modelləri”, “Vahid platforma konsepsiyasında koordinasiya və kommunikasiya”, “Xidmətlərin vahid platforma konsepsiyasına inteqrasiyası və əlçatanlığın təmin edilməsi” panellərində davam etmişdir. Z.Şabanov panel müzakirələr zamanı fəallıq nümayiş etdirmiş, beynəlxalq ekspertlərə müraciət edərək təkliflərini vermişdir.

29.09.2023  [ 05:30 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.