23.09.2023-cü il tarixdə Azərbaycan Hərb Tarixi muzeyində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə birgə Akademiyanın məzunu Vətən Müharibəsi şəhidi Novruzov Aqşin Şahin oğlunun anadan olmasının 25 illik yubileyinə həsr olunmuş “Vətən Müharibəsinin Cəsur Şəhidi” adlı anım tədbiri keçirilmişdir.
Tədbirdə Şəhid Novruzov Aqşinin həyatı, döyüş yolu haqqında məlumat verilmiş və ona həsr olunmuş “Vətən haqqı” adlı sənədli filmi nümayiş etdirilmişdir.
Tədbirdə Akademiyanın Tədris və elmi işlər üzrə prorektoru prof. Fərhad Möhbalıyev, professor-müəllim heyəti və tələbələr iştirak etmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!