logo-aesma
AZƏRBAYCAN ƏMƏK VƏ SOSİAL MÜNASİBƏTLƏR AKADEMİYASI
“Həmkarlar ittifaqlari dövrün tələblərinə uyğun olaraq gələcəkdə də ön sıralarda addımlayacaq.” Haydar-Aliyev-Expression
Heydər Əliyev

Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyaları ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə dair ali təhsil sahəsində Universtetlər arası növbəti görüş keçirildi


image small

Qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması, inkişaf kapitalının davamlı və dayanıqlı inkişafına nail olunması üçün ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Ona görə də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyaları ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə dair ali təhsil sahəsində “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilmişdir. Proqramın bu il sona çatması səbəbindən universitetlər arasında yeni fəaliyyət planlarının qurulmasına və birgə həyata keçirilməsinə ehtiyac yaranmaqdadır. Eyni zamanda da ali təhsildə beynəlmiləlləşmə prosesinin sürətlə getdiyini nəzərə alaraq, Dövlət Proqramının həyata keçirilməsi zamanı qazanılmış təcrübələrin müzakirə olunması, ali təhsil müəssisələrində beynəlxalq əlaqələr üzrə məsul şəxslərin fikir və təcrübə mübadiləsi aparılmaları məqsədi ilə 22 sentyabr 2023-cü il tarixdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasınında şəbəkələşmə görüşü keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Tədris işləri üzrə prorektoru Rəfail Novruzov açaraq, Akademiyada keçirilən şəbəkələşmə görüşündəki beynəlxalq əlaqələr üzrə rəhbər şəxslərin iştirakına görə öz təşəkkürünü bildirmiş və sonra görüş iştirakçılarına ADBTİA haqqında videoçarx təqdim olunmuşdur.

  Görüşdə Azərbaycanın 30-a yaxın ali təhsil müəssisələrinin beynəlxalq əlaqələr üzrə rəhbər şəxsləri, o cümlədən də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri dos. Mahir Calalov da iştirak etmişdir.

    Görüş vaxtı iştirakçılar tərəfindən beynəlmiləlləşmənin aparılması ilə bağlı gündəlik təcrübələr, qarşılaşdıqları çətinliklər, mövcud və gələcək layihələr haqqında ətraflı fikir mübadiləsi aparıldı.

  Tədbirin sonunda beynəlmiləlləşmə üzrə məsul şəxslər arasında əlaqələrin effektivliyinin artırılması, şəbəkələşmə görüşlərinin mütəmadi keçirilməsi və müxtəlif kommunikasiya kanalları üzərindən ünsiyyətin davam etdirilməsi razılaşdırılıb.

25.09.2023  [ 06:59 ]
Bütün hüquqlar qorunur... ©  2022
One BRAIN LLC.